İRNA-nın çərşənbə axşamı səhər saatlarında “Reuters”-ə istinadən verdiyi xəbərə görə, bazar ertəsi etiraz edən bir qrup fermer traktor karvanı ilə İtaliyanın paytaxtına yola düşüb, onların digər qrupu isə Milanın küçələrinə bir inək gətirərək yürüşə başlayıb.
“France 24” bununla bağlı 20 yanvarda bildirmişdi: “Avropa İttifaqının ən böyük kənd təsərrüfatı məhsulları istehsalçısı olan Fransada kütləvi etirazlar bu ölkə Prezidentinin gələn ilin iyununda keçirilməsi planlaşdırılan Avropa Parlamentinə seçkilər öncəsi fermerlərin ifrat sağçı partiyalara artan dəstəyindən narahat olduğu bir vaxtda baş verir.”
Sizin rəyiniz